Menu
Xəbər Lenti
02 Mrt 12:25Siyasət

Liviyanın Prezident Şurasının sədri: Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərib

Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşü yüksək səviyyədə təşkil olunub və böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib.

Tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaq Azərbaycanın Qoşulmama Hərəkatının inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd edib. Məhəmməd Yunis Əl-Mənfi vurğulayıb ki, Liviya Azərbaycanla əlaqələrdə maraqlıdır və beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə ölkələrimizin mövqeləri üst-üstə düşür.