Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

27 Şub 02:37Dünya

ABŞ konqresmeni: Çin Rusiyaya yüzlərlə PUA tədarük edə bilər

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin rəhbəri Maykl Makkol bildirib ki, Çin Rusiyaya PUA tədarükü imkanlarını nəzərdən keçirir.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, Makkol müsahibəsində ABŞ kəşfiyyatında bu barədə məlumat olduğunu söyləyib. Onun fikrincə, Çin Rusiyaya digər silahlar da tədarük edə bilər. Lakin konqresmen hansı silahlardan danışdığını dəqiqləşdirməkdən imtina edib. Onun sözlərinə görə, Rusiya və Çin rəhbərləri gələn həftə keçiriləcək görüşdə, güman ki, bu məsələni müzakirə edəcəklər.

Daha əvvəl isə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, xarici siyasət idarəsi Rusiya ordusu üçün Çin PUA-larının tədarükü barədə çoxsaylı yalan xəbərlərə diqqət yetirib. Çinli diplomatın fikrincə, bu cür şayiələrin yayılması motivlərindən ehtiyat etmək lazımdır.