Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

31 Ock 20:44Hadisə

Hökməlidə narkotik satan şəxsdən 2 kiloqram heroin götürülüb

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan daha bir nəfərdən 2 kiloqram heroin aşkar edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan daha bir şəxs saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Əhəd Qədirov tutularaq istintaqa təqdim edilib. Onun üstündən və yaşadığı evdən külli miqdarda - 2 kiloqrama yaxın heroin aşkar olunub. Əhəd Qədirov ifadəsində bir müddət əvvəl “Araz” adlı İran vətəndaşı ilə tanış olduğunu, daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifinə razılıq verdiyini bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.