Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

11 Ock 19:32Siyasət

Laçın-Xankəndi yolu: Etiraz aksiyası yüksək vətənpərvərlik əzmində davam edir

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiya gecə saatlarından indiyədək böyük coşqu ilə davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, fəallar plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı və qarlı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.

Fəallar həmişəki kimi, Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 31 gündür davam edir.