Menu
Xəbər Lenti
20 Ara 15:33Manşet / Siyasət

Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı -Tarixi sərəncam.

 Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı -Tarixi sərəncam.

Azad edilmiş ərazilərə xalqımızın Böyük Qayıdışının təmin edilməsi məhz Azərbaycan prezidenti İlham Əliyevin dövlətimizin güclənməsi naminə apardığı sistemli işlərin məntiqi davamıdır.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni Dövlət proqramlarının, Milli Prioritetlərin təsdiqini, qəbul olunan sənədlərə əlavələrin edilməsini bir zərurətə çevirdi. Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılması, Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi də deyilənlərə əyani sübutdur.
Prezident cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mütərəqqi beynəlxalq təcrübə əsasında, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı strateji hədəf və məqsədlərdən ibarətdir. Həmçinin Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı mühüm prioritet vəzifələr müəyyən olunmuşdur.
Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. 44 günlük müharibədə qazanılan qələbədən sonra dərhal bu prosesə start verilməsi, xüsusi planın hazırlanması dövlət olaraq Azərbaycanın əzmindən, xalq olaraq bu torpaqların əzəli sahibi olmağımızdan xəbər verir.
Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
44 günlük müharibədə qazanılan qələbədən sonra dərhal bu prosesə start verilməsi, xüsusi planın hazırlanması dövlət olaraq Azərbaycanın əzmindən, xalq olaraq bu torpaqların əzəli sahibi olmağımızdan xəbər verir.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.