Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

09 Ara 02:42Dünya

BMT: Ukraynada elektrik enerjisinin tam kəsilməsi fəlakətə səbəb olacaq

BMT-nin Ukraynada humanitar məsələlər üzrə koordinatou Denis Braunun fikrincə, Ukraynada elektrikin tam kəsilməsi fəlakətə səbəb olacaq, çünki bu halda bütün humanitar təşkilatların imkanları məhdudlaşacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, D.Braunun sözlərinə görə, 40 milyon əhalisi olan ölkəyə bütövlükdə kömək göstərilməsi humanitar qurumun imkanı xaricindədir. Hazırda Ukraynada BMT humanitar təşkilatlarının iki min əməkdaşı var.

Daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal məlumat vermişdi ki, Ukraynada şəbəkələrdə elektrik çatışmazlığı 19 faizdir, istehlakçıların elektrik enerjisinin kəsilməsi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin