Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

02 Ara 14:04Manşet / İqtisadiyyat

“PAŞA Bank”ın tərəfdaşlığı ilə ölkənin ən böyük elektron ticarət konfransı keçiriləcək

“PAŞA Bank”ın tərəfdaşlığı ilə ölkənin ən böyük elektron ticarət konfransı keçiriləcək

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verəcək layihələrin həyata keçirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir. Belə ki, Bank, 16 dekabr tarixində keçiriləcək elektron ticarət konfransının əsas tərəfdaşı kimi çıxış edir.

“Trendyol”, “Segmentify”, “A101 Kapıda” şirkətləri kimi Türkiyənin elektron ticarət nəhəngləri, eləcə də ölkəmizdə bu istiqamət üzrə ixtisaslaşmış təşkilatların və startapların nümayəndələri tədbirdə təmsil olunacaq. Konfransda çıxış edən və panel müzakirələrinə qatılan spikerlər sözügedən sahənin imkanlarını, inkişaf perspektivlərini, ən yeni trendlərini, dünya ölkələrinin ən uğurlu təcrübələrini əhatə edəcəklər.

Xatırladaq ki, “PAŞA Bank”, sahələrarası əməkdaşlıqların möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Bank tərəfindən sənaye nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masalar, yerli və beynəlxalq eskpertlərin qatıldığı konfranslar işgüzar əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına yardım etmiş olur.


Tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün bu səhifəyə https://www.ecomazerbaijan.com keçid edin.