Xəbər Lenti
Bugün, 07:00
Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
Bugün, 05:57
KTMT-nin baş katibi Ermənistanın təşkilatda işini məhdudlaşdırmasına münasibət bildirdi
Çingiz Abdullayev yenə də özünü müdafiə etdi
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalisti təhqir etdiyi üçün tənqid olunan Xalq yazçısı Çingiz Abdullayev yeni açıqlama verib.
Bir çoxları Abdullayevin qurultay üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, “utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!” dediyinə görə üzr istəyəcəyini gözləsə də, o yenə özünü müdafiə edib.
o, feysbukda bunları yazıb:
“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”