Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

20 Ekm 19:19Manşet / Hadisə

Binəli Yıldırım Qarabağda qəzaya düşdü

Binəli Yıldırım Qarabağda qəzaya düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım yol qəzasına düşüb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Binəli Yıldırımın içərisində olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.
Qəza nəticəsində təhlükəsizlik yastıqları açılan avtomobildən çıxarılan Yıldırım təcili yardımla hadisə yerini tərk edib.

Yıldırımın səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparılacağı qeyd edilir.
***
Türkiyənin səhiyyə naziri Fahreddin Koca Cəbrayılda qəzaya düşmüş AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırımın səhhəti ilə bağlı məlumat yayıb. Koca Yıldırımın səhhətinin yaxşı olduğunu bildirib:
“Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili dostumuz Şamil Ayrımın maşını qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngülcə xilas olublar. Yenidən şəfa diləklərimi çatdırıram”.