Menu
Xəbər Lenti
29 Eyl 14:50Manşet / Siyasət

“Fəaliyyətimizi yeni simalarla, gənclərlə davam etdirəcəyik”-Mətbuat Şurasının İdarə Heyətinin sədri

“Fəaliyyətimizi yeni simalarla, gənclərlə davam etdirəcəyik”-Mətbuat Şurasının İdarə Heyətinin sədri

“Mətbuat Şurasından cəmiyyətin gözləntiləri çoxdur, insanlar onun böyük səlahiyyətləri olduğunu zənn edirlər”

Bu sözləri Medianews.az-a Mətbuat Şurasının İdarə Heyətinin Sədri Rəşad Məcid bildirib.
O qeyd edib ki, hazırda sosial media, informasiya məkanı genişlənib, bununla bağlı qurultayda təkmilləşdirdirilən etiq davranış qaydaları könüllü olaraq mətbuat işcilərinə tövsiyə ediləcək:

“Jurnalistlərin qurultayı ictimaiyyətin diqqəti ilə demokratik şəraitdə keçdi. Əflatun Amaşov yeni işi ilə bağlı öz fəaliyyətini davam etdirmək istəmədi.
Yekdilliklə Mətbuat Şurasının yeni sədri seçildim. Mətbuat Şurasının demək olar ki, bir hissəsi yeniləndi, fəaliyyətimizi yeni simalarla, gənclərlə damam etdirəcəyik. İnanıram ki, bu gənclərlə biz Azərbaycan mətbuatının saflaşdırılması, mətbuatın özünü tənzimləməsi, istiqamətində uğurlu addımlar atacağıq.
Mətbuat şurasından cəmiyyətin gözləntiləri çoxdur, bəzi şəxslər onun böyük səlahiyyətləri olduğunu zənn edirlər.
Mətbuat Şurası özü tənzimlənən qurumudur və 2003 cu- ildə Azərbaycan mətbuatında yazılı mətbuat daha çox üstünlük təşkil edirdi. Hazırda sosial media, informasiya məkanı genişlənib, bununla bağlı biz qurultayda təkmilləşdirdiyimiz etiq davranış qaydalarını könüllü olaraq mətbuat işcilərinə tövsiyə edəcəyik. Bütün jurnalistlərə mediada və sosial şəbəkələrdə etik davranış qaydalarına diqqət etmələrinin vacib olduğunu bildirmək istəyirik. Bununla bağlı idarə heyyətinin ilk iclasını keçirəndən sonra orada təşkilatı məsələlərə baxılacaq. Ümid edirəm ki, Mətbuat Şurası qarşıda duran məsələlərin öhdəsindən gələcək.”