Menu
Xəbər Lenti
27 Eyl 16:01Manşet / Siyasət

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və Birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.