Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

28 Mrt 12:26Manşet / Siyasət

Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə təsdiq edilib - FƏRMAN

Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə təsdiq edilib - FƏRMAN

Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

“Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı ləğv edilir.