Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

10 Mrt 16:00Manşet / Cəmiyyət

Azərbaycanda “Turkovac”ın 3-cü faza kliniki sınaqlarına başlanılır

Azərbaycanda “Turkovac”ın 3-cü faza kliniki sınaqlarına başlanılır

Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan "Turkovac" peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Türkiyə Sağlamlıq İnstutları Başqanlığı (TUSEB) ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol imzalanıb.

Protokolu TUSEB rəhbəri Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov imzalayıb.

İmzalama mərasimində iştirak edən Türkiyə Aşı İnstitutunun rəhbəri Atəş Kara da "Turkovac" peyvəndinin Türkiyədə geniş şəkildə istifadə edildiyini və böyük maraqla qarşılandığını bildirib.