Xəbər Lenti
18-04-2024, 08:42
Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Talabıqışlaq kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
17-04-2024, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
17-04-2024, 08:55
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib
16-04-2024, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi
Baş Prokurorluğun rəhbərliyi həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.
S.Müslümov 13 aydır həbsdə saxlanılsa da, onun cinayət əməlləri ilə bağlı istintaq yekunlaşmayıb. Baş prokurorluğun rəhbərliyi Səbail Rayon Məhkəməsinə müraciət edərək istintaqın daha 5 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun daha 5 ay həbsdə qalmasına qərar verilib.
Qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmasa, iş materialları çox olarsa, Baş prokuror Kamran Əliyev və ya onun birinci müavini Elçin Məmmədov istintaqın daha 6 ay uzadılması üçün təqdimat verə bilər. Daha sonra isə iş ya sübutlarla birgə məhkəməyə göndərilməli, ya da cinayət işinə xitam verilərək S.Müslümov azadlığa buraxılmalıdır.
Qeyd edək ki, Səlim Müslümov 13 aydır ki, həbsdədir. O, ötən ilin fevralın 2-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda rüşvət almaqda ittiham edilir.