Menu
Xəbər Lenti
Sabah 29 dərəcə isti olacaq
24-09-2020, 12:41

Sabah 29 dərəcə isti olacaq

Vidal rəsmən “İnter”də
22-09-2020, 14:00

Vidal rəsmən “İnter”də

07 avq 19:06Gündəm / Sosial / Bölgə

Lətifə Əliyeva:Biləsuvarlı Şəhidimiz Rəşadın evi TƏMİR edilərsə ANASINA TƏSƏLLİ OLAR


Biləsuvar rayonu 66-saylı Dairə Seçki komisyasından deputatlığa namizəd olmuş, məşhur qrasmyestr Rauf Məmmədovun anası, tanınmış hüquqşünas Lətifə Əliyeva özünün Facebook səhvəsində Biləsuvar rayonundan şəhid olmuş Rəşad Mahmudovun anası ilə görüşü ilə bağlı təəssüratları paylaşıb.
Hüquqşünas Lətifə Əliyeva Millixəbər. az-a bildirdi ki, müqəddəs şəhidimiz Rəşadın evinin təcili təmir edilməsinə ehtiyac var. Bu ev anaya təsəllidir.Ona görə aidiyyəti qurumlar bu məsələdə qəhrəman ananı sevindirərək, onu əbədi sağalmaz yarasına bir məlhəm olmalıdırlar. Evin təmir edilərək ananın ixtiyarına verilməsi şəhidimizin ruhuna böyük hörmət, diqqət olardı.
Bu fikirləri söyləyərkən vətənpərvər Azərbaycan qadını, hər an döyüşə getmək istəyən, Sara xatun, Həcər qeyrətli, Mehriban xanım əzimli Lətifə xanımın gözləri yaşarır, qəlbi rövnəqlənir, ürəyində təpər pöhrələnirdi, titrəyən dillərində QARABAĞ qaytarmaq əzimi sanki pıçıldayaraq ətrafa səs salırdı. Milli və mənəvi dəyərləri özündə ehtiva edən bu qadında olan vətən məhəbbətinə, vətən övladlarına olan sevgiyə, sayğıya heyran olduq.
Lətifə xanın Facebook səhvə sində YAZIR…
Mən dünən bir ananın fəryadının şahidi oldum. Bu anamızın fəryadı gecə səhərə kimi məni yatmağa qoymadı. Onun sızıltılı səsi hələ də qulaqlarımda cingildəyir. Mən özümü bir ana, vətəndaş kimi bu ananın qarşısında günahkar hiss edırəm. Əslində biz hamımız bu analarımızın qarşısında günahkarıq və bunlara borçluyuq.
05.08.20-ci ildə Şəhidimiz Rəşad Mahmudovun anasinin dərdine şərik olmaq ücün onu evində, igid və qəhrəman şəhidimiz Rəşad Mahmudovu isə məzarının başında ziyarət etdim.Şəhidimiz Rəşad Mahmudovun anası ağlayaraq, körpə vaxtından uşaqlarını atasız ,evsiz eşiksiz yaxınlarının evində qalaraq bir qarin ac, bir qarın tox böyüdüb boya-başa catdırdığını, balalarının böyüyüb anaya dayaq olmalalarını, göz yaşlarını axıdaraq hər iki oğlunu faciəli səkildə itirdiyini deyirdi. Bir oğlu silahdan açılan güllə yarasından hıyatını itirmiş O oğlundan aldığı yarası qaysaqlanmamış, leytinant oğlu Rəşadın düşmən gülləsindən qəhrəmancasına şəhid olması xəbərini eşidir. İgidimizin nəşi Biləsuvar rayonuna gətirilən zaman o əkin sahəsində olubmuş.
Ana, səsinə qurban!
Ana işləyirmiş ki, pul yığıb Rəşadın yarımçıq qalmış evini təmir etdirsin. Rəşadın ən böyük arzusu özlərinin bir evlərinin olması idi.Elə ona görədə evlənmirmiş.Deyirmiş ki, öz evimiz olsun sonra evlənərəm.İstəmirdi ki,özü kimi balalarıda kiminsə evində qalaraq böyüsün.Düşmən gülləsi Şəhidimiz Rəşadın arzularını yarımçıq qoydu.
Ana ağlayır, fəryad edərək deyirdi ki, mən o zaman səbir edərdim ki, Rəşadımın şəhid nəşi heç olmasa öz evindən götürülərdi, birdə o zaman səbir edib,təsəlli taparam ki, tezliklə işğalda olan torpaqlarımız alınsın, Rəşad kimi şəhid balalarımızın qanı yerdə qalmasın.
Artıq bir ay olar ki, Rəşad şəhid olub.Ancaq onun böyük həvəslə ,arzu ilə tikdirdiyi ev yarımçıq qalıb.Bu müddət ərzində 2-3 mərtəbəli ev tikidirib başa catdırmaq olardı cənablar!
Biləsuvar rayon İH nədən bunu etmir? başda Xanlar müəllim olmaqla,illərdir ki, Biləsuvar camaatının haqqını yeyərək özünüzə küllü miqdarda kapital yığmısınız.Biləsuvar camaatından yığdığınız kapitaldan çox yox, təxminən 20-30 min xərcləsəydiniz Şəhidimizin evini tam təmir etdirib yaşamaq üçün təhvil verərdiniz.Evin bir otağında tənha qalan ana yaşayardı, digər hissəsi igid və qəhrəman Şəhidimiz Rəşad Mahmudovun ev müzeyi olardı.Heç olmasa Rəşad kimi qeyrətli,igid,qəhrəman oğul böyüdən ana oğlunun iyini o evdən,o müzeydən alardı. Nə isə danışmaqla bitən deyil. Allah şəhdlərimizə rəhmət eləsin! Analara səbir versin!Heç bir anaya bala dağı göstərməsin.Amin!
Millixəbər.az