Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK
Dün, 18:15

TƏBRİK EDİRİK

28 iyl 19:36Gündəm / Siyasət / Sosial

Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban xanım, Sizi qarşıdan gələn İslam dünyasının müqəddəs bayramlarından olan “Qurban bayramı” münasibəti ilə öz adımdan və partiya əməkdaşlarım adından səmimi qəlbdən təbrik edirəm.

Sizin Azərbaycan xalqının mədəniyyət və incəsənətinin, adət və ənənələrinin qorunub saxlanması, mənfur qonşularımızın mədəniyyətimizi öz adına cıxarmasının qarşısının alınmas ilə bağlı gördüyünüz işlər, tarixdə yalnız müəyyən təbəqə şəxsiyyətlərə məxsus xeyriyyəçilik əməlləriniz Sizin necə böyük bir ürəyə, xöş niyyətə, xalqınıza, dövlətinizə bağlılığınızın təcəssümüdür.
Sizin ölkənin siyasi və iqtisadi sahəsində gördüyünüz işlər, xarici dövlətlərdə və beynəlxalq birliklərdə Azərbaycanın özünə layiq imic və dəstək qazanmasındakı səyləriniz millətimizə şərəf və qürür verir.
Hörmətli Mehriban xanım Sizin Azərbaycan dövlətçiliyi üçün gördüyünüz işlər, xeyriyyəçilik sahəsindəki fəaliyyətiniz bütün xalq tərəfindən izlənilir və dəstəklənir. Sizə dünyanın və Azərbaycanın bu böhranlı vəziyyətində gördüyünüz işlərə, apardığınız uğurlu siyasətə görə uğurlar diləyirəm. Bu böhranlı vəziyyətdəki gərgin əməyinizə, iradə və səbrə görə Allah yardımçınız olsun deyirəm.

Sizə və ailənizə möhkəm can sağlığı, ailə səadəti, şərəfli ömür arzulayıram. Allah Sizləri qorusun.

Hörməttlə, Əflan İbrahimov
Müstəqil Xalq Partiyasının sədri

Xezertv.az