Menu
Xəbər Lenti
Neft yenə ucuzlaşır
4-07-2020, 10:32

Neft yenə ucuzlaşır

Neft yenə ucuzlaşır
3-07-2020, 09:57

Neft yenə ucuzlaşır

Günel ikinci dəfə ana oldu
30-06-2020, 10:30

Günel ikinci dəfə ana oldu

28 may 19:36Gündəm / Səhiyyə

Xeyirxah peşə sahibi

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu yaşayanlardan biri də Afər Seyfəddin oğlu Allahverdiyevdir. İnsanlara xidməti ilə, xəstələrinin yaddaşında şəfalı əllər sahibi kimi qalmaqla doğruldub.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Afər Allahverdiyev üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Afər Allahverdiyev həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Afər doktor haqqında sizə qısa məlumat verək. Afər Allahverdiyev 10.10.1972-ci il Azərbaycanımızın dilbər güşələrindən biri olan Qax rayonunda anadan olub. Orta təhsilini Bakı şəhəri 213 saylı orta məktəbdə alıb. Orta təhsilini bitirəndən sonra ali təhsilini 1990-1996-cı illərdə N.Nərimanov adında Tibb İnstitutunda fərqlənmə diplomu ilə başa vurmuşdur. 1996-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Nevrovərrahlıq kafedrasında klinik ordenatura keçmişdir. 1999 - 2001- ci illərdə ATU - nın Neyrocərrahlıq kafedrasında aspiranturada oxuyub. Aspiranturanı “Bel - oma diskogen mənşəli radikulitin diaqnostika, klinika və cərrahi müalicəsinin müasir aspektləri “mövzusunda dissertasiya işini müdafiə edib. 2002 - ci ildən bu günədək ATU - nın Neyrocərrahlıq kafedrasının assistenti vəzifəsində çalışır. Bu müddətdə  bir neçə xarici dövlətdə: Rusiya Federasiyası Moskva şəhəri - N.N.Burdenko adına Neyrocərrahiyyə İnstitutu, Ukrayna Kiev şəhəri Romodanov adına Neyrocərrahiyyə İnstitutu,Türkiyə Ankara şəhəri Hacettepe Universiteti, Almaniya Berlin şəhəri “Vivantes” qrupun Fridrixsxayn klinikası,Türkiyə İstanbul  “Anadolu sağlıq mərkəzi "  Ixtisastırlaşma kursları keçib. 20 - dən artıq məqalə və tezislərin müəllif və həm müəllifidir. Dünyada və ölkəmizdə ünlü neyrocərrahlardan biridir. 

Azərbaycan Respublikasının özəl tibb müəssələrində neyrocərrah kimi fəaliyyət göstərib:

1. Lanset Klinikası.2003-2005

2. City Hospital.2005-2006

3. Abu endoklinika.2006-2007

4. Caspian Hospital.2014-2015

5. Uni Klinika.2008-2017

6. Milana Vip Hospital 2018-2019

2019-ci ilin dekabr ayından National Prime Hospitalda neyrocərrah kimi fəaliyyətə başlayıb.

National Prime Hospitalda aşağıdakı neyrocərrahi əməliyyatlar ən son müasir avadanlıqlarla aparılır:

1. Boyun,bel fəqərəarası disk yırtıqlarının Rutin,mikroskop və endoskopik üsulla icra edilir.

2. Onurğa beyni və fəqərələrin şişlərinin mikroskopik üsulla xaric edilməsi.

3. Skolioz əməliyyatları

4. Kifotik deformasiyalda əməliyyatlar.

5. Vertebroplastika.

6. Fəqərə sütunu və onurğa beyni travmalarında bütün əməliyyatlar çeşidi, kəllə beyin travmalarındakı bütün çeşiddə əməliyyatlar.

7. Baş beyinin şişlərinin  çıxarılması.

8. Hipofiz vəzinin adenomasının transnazal endoskopik üsulla çıxarılması.

Çoxşaxəli və geniş elmi və iş fəaliyyətində daha çox insana sağlam həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, öz ixtisasının aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib. Sonda isə xəstələrin simasında xoşbəxt anlarını yaşayan ağ xalatlı, şəfalı əllərin yaratdığı sevincdir.

Müdrik və qədirbilən Afər həkim Heydər Əliyev dühasına sonsuz sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə dərin inamı özünün işgüzar fəaliyyətində və həkimlik   peşəsi ilə Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə necə sadiq şəxsiyyət olduğunu nümayiş etdirmişdir.

Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri  peşəsinin vurğunu,  xalqını sevən, dövlətinin mənafeyini hər şeydən üstün tutan, sıravi vətəndaş Afər Allahverdiyevin həyat amalı olub. Afər doktor sizə bundan sonrakı iş fəaliyyətinizdə uğurlar və can sağlığı arzu edirik.


Fərid Faiqoğlu

AJB-nin üzvü, baş redaktor

Tel.: 055-234-73-77