Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

04 Nis 16:28Manşet / Gündəm

TƏHLÜKƏSİZLİYİN TƏMİNATINDA XÜSUSİ ROLU OLAN PEŞƏKAR POLİS MƏMURU YALÇIN ABİDOVU TƏBRİK EDİRİK.

 

Dünyada yüzlərlə sənət, peşə var. Hər biri də özünəməxsus xüsusiyyəti, özəlliyi ilə seçilir. Dövr, zaman nə qədər dəyişsə də, yeni-yeni peşələrə ehtiyac yaransa da, heç bir zaman dəyişməyən, dəyərini, nüfuzunu itirməyən, bütün peşələrin fövqündə dayanan bir peşə var ki, o da ictimai asayişi qorumaqdır. Bu məsuliyyətli vəzifənin daşıyıcıları xalqın gələcəyi üçün layiqli vətəndaş, ictimai asayişin, cinayətkarlığın qarşısını almaq və ən əsası da dövlətçiliyə sadiq olmaqdır. Əlbəttə ki, hüquq-mühafizə orqanlarında çalışmaq nə qədər çətin olsa da bir o qədər şərəfli və qürurvericidir.  Cəmiyyətin parlaq gələcəyi məhz polislərimizin əlindədir. Öz vəzifə səlahiyyətlərinin layiqincə yetirən hüquq-mühafizə orqanlarının işçiləri çoxdur, amma onların sıralarında elələri də vardır ki, həm rəhbərliyin, həm də vətəndaşların etimadını qazanan, dövlətə-dövlətçiliyə sadiq olan, xalqın sevimlisinə çevrilən, xalqın adamı olan, vətənpərvər polis məmuru Yalçın Ağabəy oğlu Abidovdur. Yalçın Abidov müsbət keyfiyyətləri daha çoxdur, ona hamı hörmət edir, onu tanıyan hər kəs onu çox sevir.


Yalçın müəllim dünya şöhrətli siyasətçi, əvəzedilməz şəxiyyət Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin aprdığı daxili və xarici siyasətini dəstəkləyir və bu yöndə uğurlu addımlar atır.


Müasirləri Yalçın Abidov haqqında söz açarkən, ləyaqətli bir insan olduğunu vurğulayırlar. Yalçın müəllim işinin gərginliyinə baxmayaraq, həmişə bir rəhbər kimi qayğıkeşliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Yalçın Abidov yüksəkdə dayanır. Yalçın müəllimi tez-tez şəhid ailələrin, qazilərin və kimsəsiz insanların yanında olub, onlara arxa-dayaq olur. Vəzifə borcunu yüksək səviyyədə yerinə yetirdiyi və etimad qazandığı üçün Daxili İşlər Naziri cənab Vilayət Eyvazov Yalçın Ağabəy oğlu Abidovu DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu stansiyasında xətt Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin edib.


 

Biz də redaksiyamızın kollektivi adından, şəxsən öz adımdan Yalçın Abidovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar ürəkdən təbrik edirik, ona işlərində müvəffəqiyyətlər və can sağlığı arzulayırıq. Uğur, qalibiyyət və zəfər həmişə səninlə olsun!

 

Hörmətlə,

İfadə Cəfərzadə

“İfadetv.com” xəbər portalının Baş redaktoru