Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

20 Ock 13:39Manşet / Dünya

Rusiyada kosmodroma kompüter avadanlıqları daşıyan qatar yolda qarət olunub

Rusiyada texniki vasitələrlə yüklənmiş qatar “Vostoçnı” kosmodromuna çatmamış qarət olunub.
Bildirilir ki, sistem blokları, monitorlar və digər kompüter əşyaları olan vaqon dekabrın 16-da Omskdan göndərilib. Yeni il ərəfəsində yük kosmodroma çatsa da, bayram həftəsi ilə əlaqədar yanvarın ilk səkkiz günündə heç kim onunla maraqlanmayıb: Bu müddət ərzində vaqondan yüklər boşaldılmayıb.
İşçilər nəhayət işə başlayanda isə avadanlığın faktiki miqdarının gözləniləndən xeyli az olduğunu görüblər.
Baş verənlərlə əlaqədar cinayət işi açılıb.
Hadisənin kosmodromun normal iş rejiminə təsir etmədiyi vurğulanıb.
Mənbə: Oxu.az