Menu
Xəbər Lenti
05 Ock 09:40Manşet / Gündəm / Sosial

Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Gəncədə vida mərasimi keçirilir

 

Laçında avtomobil qəzasında həlak olan hərbçimiz gizir Həsən Ümid oğlu İsmayılov ilə vida mərasimi keçirilir. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda Gəncədə yaşadığı evin qarşısında çadır qurulub. Son məlumata görə dəfn saat 13:00-da həyata keçiriləcək.

10:47

Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri bu gün saat 12:00-da son mənzilə yola salınacaq. 

Oxu.Az-ın məlumatına görə, gizir Həsən Ümid oğlu İsmayılov bu gün saat 12:00-da Gəncə Şəhidlər xiyabanında dəfn ediləcək. 28 yaşlı Həsən İsmayılovun bir qızı və bir oğlu var.

Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.

Könül Cəfərli