Menu
Xəbər Lenti
01 Ara 07:00Manşet / Cəmiyyət

Sumqayıtda qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB

 

Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Əsədovdur.

Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

30 noyabr, 23:57

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ məlum olmayan 40-50 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Sürücü saxlanılıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.