Menu
Xəbər Lenti
27 Kas 09:02Manşet / Cəmiyyət

Bacısını “Instagram”a girdiyinə görə qətlə yetirməkdə şübhəli bilinən qardaşa cinayət işi açıldı - YENİLƏNİB

 

Gəncədə bacısını “Instagram” sosial şəbəkəsindən istifadə etdiyinə görə öldürməkdə şübhəli bilinən qardaşa cinayət işi açılıb.

Bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabr 27-də saat bir radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır. O, WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olub.

06:47

Gəncədə baş verən qətlin bəzi təfərrütı məlum olub.

APA-nın məlumatına görə, qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb.

O, bacısının boğazını kəsərək qətlə yetirib.

Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.

02:47

Gəncədə qardaş bacısını qətlə yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.