Menu
Xəbər Lenti
Mən Poladdan yazıram
2-08-2022, 14:55

Mən Poladdan yazıram

30 iyl 10:50Gündəm / Dünya

Nyu-Yorkda meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bu barədə ştatın qubernatoru Keti Hokul bəyan edib.
Onun sözlərinə görə, ölkə üzrə meymunçiçəyinə yoluxma hallarının dörddə biri bu ştatda baş verir.
“Mən və komandam daha çox peyvənd təmin etmək, sınaqları genişləndirmək və epidemiya zamanı təhlükəsiz qalmaq üçün ictimaiyyəti maarifləndirmək üçün gecə-gündüz işləyirik”, - deyə Hokul əlavə edib.
İyulun 29-na olan məlumata görə, Nyu-Yorkda meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb.
Bu günə qədər dünyada 79 ölkədə 22 000-dən çox yoluxma qeydə alınıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyəti elan edib.
Mənbə: TASS