Menu
Xəbər Lenti
07 Kas 05:32Manşet / İdman

La Liqanın ən yaxşı oyunçusu mükafatlandırıldı

 

“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior İspaniya Futbolçular Assosiasiyasının versiyasına görə İspaniya La Liqasının 2022/2023 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Mükafatlandırma mərasimi noyabrın 6-da Madriddə baş tutub.

Tədbirdə braziliyalı təşkilata təşəkkürünü bildirib və daha uzun illər eyni ruhda oynamağa davam edəcəyinə ümid etdiyini deyib.

Xatırladaq ki, ötən mövsüm braziliyalı İspaniya La Liqasında 33 matçda forma geyinib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mənbə: Oxu.az