Xəbər Lenti
1-07-2022, 18:28
İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi – FƏRMAN
29-06-2022, 17:25
11-ci mərtəbədən yıxılaraq ölən ginekoloqun əri ilə bağlı Gömrük Komitəsindən AÇIQLAMA
29-06-2022, 17:21
Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər”
27-06-2022, 15:16
İntihara cəhd edən direktorun məktəb MACƏRASI: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?
27-06-2022, 11:36
Prezident: “Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı”
27-06-2022, 11:22
Dövlət başçısı: “Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır”
27-06-2022, 11:20
İlham Əliyev: “Bu gün mən burada olmalı idim, müzəffər Ordumuzla bərabər olmalı idim”
26-06-2022, 20:00
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək " İctimai Birliyi " Qəhrəmanlarla görüş " adlı tədbir keçirib
26-06-2022, 10:25
Müdafiə naziri: “Azərbaycan Ordusu azad edilmiş ərazilərdə Böyük Qayıdışa töhfələrini verməkdədir”
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri israilli həmkarı ilə görüşüb

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə DİDK-nın və Diaspor İşləri üzrə Nazirliyin fəaliyyət istiqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Ölkəmizdən dünyanın müxtəlif dövlətlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqları, Vətən müharibəsi və post-müharibə dövründə İsrailin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi, xalqlarımızın dostluq əlaqələrinin tarixi ənənələrə malik olması məmnunluqla vurğulanıb.
Görüşün sonunda DİDK sədri israilli həmkarını Azərbaycana səfərə dəvət edib.