Menu
Xəbər Lenti
07 Ekm 08:51Manşet / Gündəm / Dünya

İsrail Qəzza zolağından raket atəşinə tutulub - YENİLƏNİB

 

Qəzza zolağından İsrailə raketlər atıldığına görə İsrailin baş naziri Benyamin Netanyahu yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüş keçirəcək.

Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.

Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.

09:25

İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.

“Qəzza zolağından İsrailə raketlər atılıb”, - deyə xəbərdə qeyd olunub.

İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.

Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Mənbə: Rbc