Menu
Xəbər Lenti
20 Eyl 15:28Manşet / Gündəm

Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində 18-19 sentyabr 2023-cü il tarixində Vətən müharibəsində döyüşərək sağlamlığını itirmiş müharibə əlilləri və veteranlar üçün psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə psixoloji-reablitasiya kursları təşkil edildi.

Layihənin rəhbəri Rasim Mirzəyev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarını Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.Çünki, xususi imtiyazlara malik olan müharibə əlillərinin çoxu müalicə olunmaları üçün hara və necə müraciət etmələrini bilmirlər.

Buna görədə həyata keçirilən, “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində müharibə əlillərinə və veteranlara sosial hüquqları və psixoloji-reabilitasiya sahəsində marifləndirilir, onların tibbi və sosial problemlərinin həllinə köməklik göstərilir.

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli iradəsi ilə, Zəfər qələbəsini xalqımıza bağışlamış Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq.

Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.

Daha sonra müharibə əlillərinə və veteranlara maddi və mənəvi dəstək vermək məqsədi ilə psixoloji-reablitasiya kurslarında iştirak edən, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Modern İnkişaf və Ailə” İctimai birliyin sədri, Tibb Elmlər doktoru Zərifə Quliyeva, “Dünya Ana və Uşaqların İctimai birliyin sədri Dünyaxanım Əliyeva, “Zəfər Yolu” İctimai birliyin sədri Pərvanə Salaman qızı çıxış edərək, müharibə əlillərinə və veteranlara tibbi, psixoloji-reablitasiya problemləri ilə əlaqədar fikir və təkliflərini bildirərək, onların müalicə olunmalarında yaxından köməklik göstərəcəklərini bildirdilər.

Çıxış edənlər, öz çıxışlarının sonunda, layihə sayəsində, müharibə əlilləri və veteranları arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə psixoloji-reablitasiya xidmətini və görülən işləri müsbət qiymətləndirdilər.

Daha sonra layihənin həkim psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji-reablitasiya kurslarında iştirak edən müharibə əlillərinin və veteranların psixoloji-reablitasiya problemləri ilə əlaqədar onları maraqlandıran suallara, tibbi-psixoloji elmlər əsasında izahatla məlumat verilərək psixoloji-reablitasiya yardım xidməti kurslarını davam etdi.

Layihə çərçivəsində təşkil olunmuş 2 günlük psixoloji-reablitasiya kurslarında, lahiyəyə müraciət etmiş psixoloji gərginliyi artmış 30 nəfər müharibə əlilləri və veteranları həkim psixoloq tərəfindən ayrı-ayrıca tibbi-psixoloji söhbət edilərək, intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərildi.

Psixoloji-reablitasiya kurslarında iştirak edən müharibə əlilləri və veteranlar onların tibbi və sosial problemlərinin həllinə köməklik göstərdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kollektivinə öz təşəkkürlərini bildirdilər.

Fərid Faiqoğlu