Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

10 Eyl 17:48Manşet / Gündəm

SAMUX ŞƏHİDLƏRİ – BİZİM İFTİXAR RƏMZİMİZ

 

Şəhidlik vətən-yurd sevgisinin ən bariz nümunəsi, şərəf-qeyrət, ucalıq rəmzidir. Zaman-zaman şanlı-şərəfli tarixi olan Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü naminə  minlərlə Azərbaycan övladı canından keçərək qəhrəmanlıqlarla dolu olan bu uca zirvədən Tanrı dərgahına üz tutub. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, əsrlər boyu qədirbilən xalqımızın ürəyində əbədi olaraq yaşamaq haqqı qazanıblar! 
    27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi geniş miqyaslı təxribatın qarşısını almaq naminə  ordumuzun əks-hücum əməliyyatı nəticəsində şanlı hərb tariximizə İkinci Qarabağ Müharibəsi adı ilə həkk olunan bu qanlı savaşda  əsgər və zabitlərimiz sinələrini doğma torpaqlarımıza sipər etməklə, 44 gün ərzində canları-qanları bahasına döyüş meydanında qəhrəmanlıq göstərərək, düşmənə sarsıdıcı zərbələr endirdilər. Məhz ərən Azərbaycan oğullarının qəhrəmanlıqları sayəsində uzun illərdən bəri düşmən tapdağı altında inləyən dədə-baba yurdlarımız yenidən qəddini düzəltməyə başladı. İlk olaraq Cəbrayılda və Füzulidə Milli Ordumuzun qarşısında diz çökən qarı düşmən, Tərtər, Suqovuşan, Qubadlı, Zəngilan, Hadrudda da məğlubiyyətin acısını daddı... 
   Ulu Vətənimizin qədim mədəniyyət mərkəzi, şanlı-şöhrətli Şuşa ağır döyüşlərdən sonra işğaldan azad olunanda, özlərinin böyük “xaç qardaşlarının” təhriki və vasitəçiliyi ilə bədnam qonşularımız Kəlbəcər, Laçın və Ağdamdan da rüsvayçılıqla əllərini üzməyə məcbur oldular...
    O qanlı-qadalı günlərdə minlərlə şəhid və qazilərimiz Vətənimizə, xalqımıza Zəfər sevinci bəxş elədilər. Bu gün hər bir ölkə vətəndaşı kimi bizim Samux camaatı da yurdumuzun müxtəlif bölgələrindən, o cümlədən bizim Samux rayonundan olan şəhidlərimizin  hünərləri ilə haqlı olaraq iftixar hissi keçirir, onların əziz-unudulmaz xatirələri önündə baş əyib, səcdə edirlər.
   İkinci Qarabağ Müharibəsinin getdiyi 44 gün ərzində şəhidlik zirvəsinə ucalıb, tabutları üçrəngi bayrağımıza bükülən şəhidlərimiz ölkəmizin hər yerində olduğu kimi, Samuxda da böyük coşqu və izdihamla torpağa əmanət verildi. Onların məzarlarına üz tutan yollar-cığırlar həmişə gediş-gəlişli oldu, qəbirlərinin üstündən tər çiçək-gül dəstələri əskik olmadı, ruhlarına dualar oxundu...
    Şəhidlərimizin dəfn mərasimində dönə-dönə səslənən “Şəhidlər ölməz, Vətən bölünməz!”,  “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan əsgəri!” şüarları dillərdə əzbər oldu. Düşmənlə qanlı savaşlarda igid oğul, sevimli ata, qəhrəman həyat yoldaşı itirən ailələr şəhidlərimizə yönəlik sonsuz ehtiram hissini gördükcə təskinlik tapdılar. Ağbirçək analar, gözüyaşlı gəlinlər “Oğul Düşmən çəpəridir!”-deyərək öz səbrlərinə sığındılar! Ataların, qardaş-bacıların dillərində  “Təki Vətən yaşasın!” kəlmələri qürurla səsləndi. Şəhid atalarının məzarlarına sarılan uşaqlar: “Mən şəhid övladıyam!”-deyibən iftixar hissi keçirdilər. Dövlətimiz, xalqımız şəhid ailələrinin ələmini-nisgilini bölüşərək, onlara arxa-dayaq oldular! Bizim Samux elimiz də özlərinin şəhid övladlarının xatirəsini ehtiram hissiylə əzizləyərək, ərən həmyerlilərinin adlarının əbədiləşdirilməsi naminə önəmli addımlar atdılar!
   Bu gün bizim Samux rayonunda uşaqdan böyüyə kimi hamı 44 günlük İkinci Qarabağ Müharibəsində əbədiyyətə qovuşmazdan qabaq, torpaqlarımız işğal olunanda günahsız insanları amansızlıqla qətlə yetirən, cənnət timsallı şəhər və kəndlərimizi xarabalıqlara çevirən naxələf “hay” nəvələrindən həm döyüş yoldaşlarının, həm də özlərinin qisaslarını almaqla, şəhidlik zirvəsinə yüksəldilər. Sonuncu Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən 26 nəfər el oğlumuz bu gün Samux camaatının and-aman yeri, qürur-güvənc rəmzidir. Onlara və cəmi şəhidlərimizə Ulu Tanrıdan qəni-qəni rəhmət diləməklə, Samuxlu şəhidlərimizin əziz xatirəsi önündə bir daha baş əyirəm!
    Sonda istərdim ki istəkli oxucularımız Samux rayonun ayrı-ayrı yaşayış məntəqələrinən olan və aşağıdakı siyahıda adları yer alan 26  ərən eloğlumuzun adları ilə də tanış olsunlar:
 
1. Ərəbov Orxan Ramiz oğlu-Qədili kəndi, 24.08.1993- 30.09.2020, MAXE "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 
2. Məmmədov Kərim Namil oğlu-Sarıqaya kəndi, 05.04.1989- 02.10.2020, Gizir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni,“Vətən uğrunda",  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə” medallara layiq görülüb. 
3. Dostuyev Elçin Murad oğlu-Köbər kəndi, 18.02.2002- 13.10.2020, sıravi əsgər, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 
4. Sadıqzadə Emil Əziz oğlu-Qovlarsarı kəndi, 22.07.2000- 16.10.2020, sıravi əsgər, "Azərbaycan Bayrağı" ordeni; "Vətən uğrunda", "Cəsur döyüşçü", “Xocavəndin azad olunmasına görə”,”Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə" medalları var. 
5. Mürsəlzadə Elməddin Cəsur oğlu- Əhmədbəyli kəndi, 07.08.2000-17.10.2020, sıravi əsgər, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
6. Ağamalıyev Ağamməd Elgiz oğlu-Füzuli kəndi, 16.11.1990- 19.10.2020, sıravi əsgər "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və  "Füzulinin azad olunmasına görə" medallarının sahibidir.
7. Əsədov Ruslan Rövşən oğlu-İnstitut qəsəbəsi, 07.03.2002- 20.10.2020, sıravi əsgər, 3-cü dərəcəli "Rəşadət" ordeni; "Vətən uğrunda",  "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə.
8. Məmmədov Bayram Elnur oğlu- Qarayeri qəsəbəsi, 11.03.2001-25.10.2020, sıravi əsgər,"Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə. 
9. Namazov Elməddin Nəsib oğlu-Qovlarsarı kəndi, 07.05.1996-27.10.2020, sıravi əsgər, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni; "Vətən uğrunda", "Döyüşdə fərqlənmə görə" və "Füzulinin azad olunmasına görə" medalları. 
10.  Rüstəmov Pərviz Tufan oğlu -Samux şəhəri, 06.05.1992 -30.10.2020, MAXE, "Azərbaycan Bayrağı" ordeni; "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları 
11. Nuriyev Əfqan Rövşən oğlu-Sarıqamış kəndi , 11.04.1997-04.11.2020, sıravi əsgər, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə","Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə. 
12. Həmzəyev Arif Muradcan oğlu-Lək kəndi, 19.06.2001-05.11.2020, sıravi əsgər, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə"medalları ilə.
13. Abdullayev Rəşid Abdulla oğlu-Samux rayon İnstitut qəsəbəsi 23.03.2002- 10.11.2020, sıravi əsgər, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə; 
14. Həsənov Pərviz Fərmayıl oğlu-Poylu kəndi, 08.12.1989-12.11.2020, MAXE "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə. 
15. Allahverdiyev Vüsal Novruz oğlu-Qarayeri qəsəbəsi, 25.07.2002- 12.11.2020, sıravi əsgər, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni; "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları  ilə. 
16. Məmmədzadə Elvin Ilham oğlu-Samux şəhəri, 22.11.1996-13.11.2020, Leytenant, "Azərbaycan Bayrağı" ordeni; "Azərbaycan Ordusunun 100 illiyi 1918-2018" yubiley medalı; "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şücaətə görə" medalıları ilə. 
17. Abdullayev Qəzənfər Nəcəf oğlu-Ziyadlı kəndi, 10.05.1993-15.11.2020, MAXE, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə. 
18. Hümbətov Nurəddin İlqar oğlu-Samux şəhəri, 26.12.1998-18.11.2020, MAXE, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə","Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə. 
19. Yusifov Taleh Gündüz oğlu-Ziyadlı kəndi, 18.11.1994-27.11.2020, sıravi  əsgər, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Qubadlının azad olunmasına görə","Laçının azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə.
20. Məmmədli Həsən Qəhrəman oğlu-Çobanabdallı qəsəbəsi, 08.07.1995- 28.11.2020, sıravi əsgər, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə. 
21.  Musayev Ayxan Mehman oğlu-Samux şəhəri, 22.09.2000-29.11.2020, sıravi əsgər, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə. 
22. Maşıyev Asəf Volodya oğlu-Füzuli kəndi,  26.11.1982 -10.12.2020, Mayor, 3-cü dərəcəli "Rəşadət" ordeni; "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə.
23. Cəfərov Babək Məxsus oğlu-Qarayeri kəndi,  15.08.1991 09.03.2021
Əsgər "Hərbi xidmətlərə görə" medalı;"Vətən uğrunda"medalı; "Füzulinin azad olunmasına görə" medalı;
24. Daşqın Hidayət oğlu Şəfiyev-22 avqust 1989- Seyidlər kəndi - 6 noyabr 2020, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ölümündən sonra "Vətən uğrunda "Qubadlının azad olunmasına görə""İgidliyə görə" "Vətən müharibəsi iştirakçısı" medalına da layiq görülüb.
25. Seymur Səlyəddin oğlu Bəylərov-24 iyun 1996- 29 sentyabr 2020; MAXE Qarayeri kəndi."Vətən uğrunda" medalı "Suqovuşanın azad olunmasına görə medalına da layiq görülüb
26 Hümbətov Ruslan Səlim oğlu 20 may 1987 -6 oktyabr,2020-"Vətən uğrunda"  "Cəbrayılın azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" "Kəlbəcərin azad olunmasına görə""İgidliyə görə" medalı ilə təltif edilib.

        Ulu Tanrı Vətən yolunda canlarından keçən şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
             SEYMUR SÖNMƏZ PAŞAYEV
   Samux rayonu Sərkar kəndi , şair-publisist