Menu
Xəbər Lenti
YOLUMUZ BÖYÜK TURANADIR
21-05-2022, 09:35

YOLUMUZ BÖYÜK TURANADIR

YAŞADAN YAŞAYIR
20-05-2022, 19:55

YAŞADAN YAŞAYIR

Bakıda qadın özünü asıb
18-05-2022, 07:51

Bakıda qadın özünü asıb

11 may 14:37Gündəm / Sosial

“ZƏFƏR TARİXİMİZ”


Azərbaycan  həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar...
Bunu bizə yaşadanlar - Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin dünən davamı - növbəti əzəməti, qüruru yaşandı. 30 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq...  Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir. Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub.  Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu.  
 Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.  44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.

44 günlük haqq savaşında vətən müharibəsindən üzü ağ çıxan Azərbaycan xalqı böyük qələbə sevincini yaşadı. Ötən ilin bu zamanları toplar, mərmilər atıldı. İndi həmin yerlərdə, Ulu  Qarabağda güllər, çiçəklər açılır. Qarabağımız gülüstana çevrilib. Vətən oğullarımızın qanı bahasına işğaldan azad olunan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin beynəlxalq siyasətinin səmərəli nəticəsidir. 8 noyabr qəsri-qala, Xanqızı Natəvan yurdu Şuşamız  işğaldan azad olunaraq zəfər  günü yaşandı. Qarabağımıza qələbə günəşi  doğdu. 

Qələbən mübarək Azərbaycan!


Mahir Məmmədov

 “SOCAR Energy Georgia” şirkətinin baş direktoru