Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

22 Şub 21:35Cəmiyyət

® “Araz” və “OBA” mükafata layiq görülüb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan 2 şirkət Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirak etdiklərinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yüksək qiymətləndirilib.

Belə ki, fevralın 23-də baş tutan tədbirdə “Araz” supermarketlər şəbəkəsi “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyalarında təltif olunub. 2022-ci il ərzində 3106 nəfər qadın, 1287 nəfər gənc (20 yaşına kimi) və 111 nəfər əlilliyi olan şəxs “Araz” tərəfindən işlə təmin edilib.

Həmin tədbirdə “OBA” marketlər şəbəkəsi “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı “OBA” tərəfindən işlə təmin olunub. Bundan əlavə, 2315 nəfər qadın və 403 nəfər gənc (20 yaşına kimi) “OBA” marketlər şəbəkəsində məşğulluğa cəlb olunub.

İnklüzivlik və bərabər imkanlar Veysəloğlu Şirkətlər Qrupu üçün prioritet istiqamətlərdəndir. Qeyd edək ki, Şirkətlər Qrupu eyni zamanda Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP – WEPs/Women Empowerment Principles) qoşulmaqla gender bərabərliyi üzrə öhdəliklər götürdüyünü bəyan edib.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.