Menu
Xəbər Lenti
26 avq 10:25Cəmiyyət / Müsahibə / Sosial

İnsanlığın, mərhəmətin doğru ünvanı

Dövlətimə və dövlətçiliyimizə olan vətəndaşlıq borcumu yerinə yetirərək öz peşə sahəmdəki ən böyük uğurlarımdan biri bu ilin 17 iyununda “Heydər Əliyev Adına Beynəlxalq Azərbaycan Dostları Klubu”nun sədri Tahirə xanım İsmayılovanın təşəbbüsü ilə dövlətimizn tərəfindən aldığım “Qızıl Qələm” mükafatından sonra ilk dəfə olaraq bu oçerkimi yazaraq insanlığın və şəxsiyyətin doğru ünvanı sayılan ziyalı bir Azərbaycanlı həkimə  qələmimin dili ilə gözümün yaxşıları görən görüntüsü ilə, qəlbimin səsi ilə bu oçerki yazmağı qərara aldım. Xüsusi bir gün ilə əlaqədar olaraq həmin həkimin çalışdığı və rəhbəri olduğu xəstəxanaya işgüzar bir görüşə yollandım. Nəhayət xəstəxananın həyətinə gəlib çatdım. Giriş qapıdan içəri girib Əsədulla həkimlə görüşüm var deyərkən xoş simalı bir xanım həkimin otağının qapısını göstərib, özü isə geri çəkilib mənə yol verdi. Dəhlizin və hətta həkimin otağının qapısı belə açıq vəziyyətdə idi. Hələ üzünü görmədiyim bu görüşün xoş təəsüratları ilə müsafiri olduğum bir həkimin, loğmanın, təbibin iş otağına içəri girərkən təbbəssümlü bir insan, ağ xalatı qəlbinə, qəlbi ürəyinin gözəlliyinə nur verən bir şəxsiyyətlə qarşılaşdım, əl tutub salamlaşdım, ehtiramla göstərdiyi qonaq yerimdə əyləşdim. Bu böyük ehtiram qarşısında xoş gördük həkim! Sizinlə telefonda mən idim danışan deyərkən təbbəssümü üzündə artıqca artaraq bilirəm deyib gülümsəyərək, özü də stolunu çəkərək mənimlə üz-üzə oturdu. Əslində öz kreslosunda iş masasının arxasında yox, məhz öz qonağı ilə üz-üzə oturdu. Bu sadə görüş, davranış mənə maraqlı bir yadda qalan və tarixə yazılacaq faktı xatırlatdı. Yaxınlarda cənab Prezidentimiz İlham Əliyev dövlət idarələrinin birində müəssisənin açılışında olarkən ona görə ayrılmış xüsusi kreslonu kənara çəkərək sadə bir stolda oturdu və vətəndaşlarla görüş keçirtdi. Bu da mənim hafizəmdə sadəliyin, insanlığın böyük təcəssümü kimi həmişəlik həkk olundu. Həkimin bu davraşı da mənə həmin hadusənin eyniliyini xatırlatdı. Nahayət gəlişimin məlum səbəbini deyib necə deyərlər işimizə davam etdik. Həkim üçün yazılı bir təbrik bukletinin oxunuşu üçün imza atmağa gətirdiyim həmin bukleti ona verdim və diqqətlə oxuyub imzasını atdı. Diqqətimi çəkən maraqlı bir hadisənin şahidi oldum, həm də çox maraqlı bir hadisə. Həmin bukleti əslində oxuyandan sonra mənə yox, öz köməkçisini çağırıb ona uzadanda, o da heç bir söz demədən həmin təbrik bukletini aparmış oldu. Az keçmədi ki, köməkçi həmin bukleti geri qaytaranda buklet xüsusi bir fayla qoyulmuşdu. Belə bir diqqətin təntənəsi sonu görünməyən dəniz dibinin uçurumunun uzunluğu qədər bir fəlsəfə oldu. Məsuliyyətlilik, qayğıkeşlik və cavabdehlik. Elə bu məqamdaca Azərbaycanımızın uzun illik adəti və ənənəsi olan məxməri bir çau süfrəsi hazırlandı. Ağ bəyaz süfrə, ətirli çay. Ən gözəli də o idi ki, çay süfrəsinin üst bəzəyi milli arnamentimiz olan buta sayılan alov rəmzi idi. Pozitiv sferaya köklənən bu işgüzar görüş beləcə  öz axarı ilə savadlı çay süfrəsində davam etdi. Həkimin bu insansevərliyi qarşısında İlahi varlığın ona bəxş etdiyi nurlu çöhrəsinə baxanda bir sual verdim. Saçlarının belə ağarması nədəndi? Genetik yoxsa, həyat sınağı? Və həmin anda da maraqlı bir cavab aldım. Ürəyimin tüstüsüdü deyərək, dərin köks ötürüb gülümsədi. Həkim sənəti Allahın vergisidi düşünüb, məhz buna görə də ikinci sualım belə oldu bizim peşəkar həkimimizə. Həkim peşəsini sevdiyiniz üçün sizə qismət oldu, yoxsa böyük məsləhəti ilə? Bəli, bu sualıma çox səlist və nitqi rəvanla cavab verdi. Əslində həyatı başa düşərkən, anlayarkən hərbi peşəsinə həvəsim olub. Amma tale belə gətirdi hərbiçi yox, məhz həkim oldum, həm də həkim-cərrah oldum. Peşəkar həkim, qayğıkeş ata, cəmiyyətdə layiqli vətəndaş adlarını özündə birləşdirən böyük ziyalı həkimimiz ömrünün 25-ci ilini peşə sahəsində gümüş zirvəyə çatdırıb. Gözəl təbib peşənizin gümüş zirvəsinin 25 ili mübarək olsun. Zaman o zaman olsun ki, sizin qızıl peşənizin, sənətinizin 50 yaşına gələk. Azərbaycan Tibb Universitetində uzun illər peşəkar iş təcrübəsini nümayiş etdirən həkimə həmin illərdən sual verib, o illərin gündəlik kitabçasını vərəqlədik. Bəli, Tibb Universitetində çalışdığım zaman yadda qalan görüşlər, işgüzar səfərlər, hadisələr çox olub. Amma, daha çox yadımda qalan, həm də məxsusi olaraq yadımda qalan ömrümün kitab səhifəsinə qızıl hərflərlə yazılan iki mühüm hadisə olub ki, bunlar da hər ikisi Dahi Şəxsiyyət Ulu Öndər, fenomen insan, Yeni Azərbaycanın qurucusu və banisi, rühən Yeni Azərbaycan xalqının qəlbində yaşayan və əbədi abidəyə çevrilən Heydər Əliyevin gəlişi olub. O illər mənə əziz, dəyərli və illərin daha dəyərlisi oldu. Çünki bunlar mənim peşə fəaliyyətim zamanı olmuşdur. Məhz elə bu gündə həmin görüşün tövsiyyələrindən bəhərlənib mən xalqıma həkim kimi sədaqətlə xidmət edirəm. Bu gün səhiyyə sahəsində aparılan köklü islahatlar məhz Heydər Əliyevin əzəli yaratdığı böyük Azərbaycan naminə qoyduğu möhkəm təməlin bünövrəsinin əyilməz sütunudur ki, hazırda ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin səhiyyə sahəsindəki strategiyası həkimlərə yaradılan bütün şərait Yeni Azərbaycanın davamlı inkişafının bariz nüminəsidir. Dövlətimizə sədaqətlə xidmət edən belə həkimləri, ziyalıları görərkən onlarla söhbət edərkən sanki bir təcrübə və təlim auditoriyasında akademik dərs alırsan. Mən bu görüşdə bu məmnunluğun dəyərinin canlı nümunəsini gördüm. Bu gündə öz ürəyindən gələn bir sözü deməyi özümə borc bildim. Belə həkimlərimiz bu gün bu çətin dönəmdə əgər iş başında karantin qaydalarına xüsusi riayət edərək ölkə başçısının tapşırıq və göstərişlərini əməl edərək işlərinin öhdəsindən layiqincə gəlirsə başqa məmur rəhbər işçilərə bu cür işgüzar insanlardan dərs alsınlar. Bu gün iki cəbhə arasında döyüşən Azərbaycanımızın böyük sərkərdəsi İlham Əliyev cənabları cəbhədə, səngərdə düşmənlə mübarizəyə, ümumilikdə respublikamızda virusun acı fəsadları ilə döyüşürsə deməli bu ətrafda da hamı sıx birləşsin gərək. Bu mənim Nail Amin Zamanın haqq səsidir ki, Əsədulla həkimin şərəf təntənəsinə həsr etdiyim bu şərəfli oçerikimdə bunları bölüşməyimlə qürur duydum. Bu qısa vaxt görüşündə olan işgüzar görüşün zaman çərçivəsində kamil bir insanla keçən vaxt sanıram ki, cahana sığmayan bir gözəllik oldu. Söhbətimin əvvəlində həkimin sənət sevgisindən danışanda hərbi sahədən əbəs yerə söz etməmişdi. Bu gündə Ali Baş Komandanın çağırış və əmrlərinə hər zaman hazır olan həkim işlətdiyi bu ifadə də vətən sevgisinin təcəssümüdür. Sıravi əsgər kimi hər zaman vətənimizin müdafiəsinə hazırıq. Ahıl, tənha, kimsəsiz, köməksiz insanlara hər zaman dayaq olan, onların qayğısını çəkən dövlətimiz və dövlətçiliyimiz bundan sonra daha böyük uğurlar sorağı ilə xalqımızı sevindirəcək. 

Bəli, Əsədulla həkim sonda sizə bir arzum var, yetirmələrinizin sayı dünyanın hər yerindən gəlsin. Tibbin böyük ixtira və kəşfləri ilə dünyada tanınıb Azərbaycanımızı təmsil edib himn səsləndirib, bayraq qaldırıb başqa dövlətin millətlərini ayağa qaldırsınlar. Əyninizdə ki, ağ xalatınız heç zaman qara ləkə götürməsin. Ailədə və cəmiyyətdə sevincli günlərinizin sayı yer üzünün qum dənələrinin sayı qədər olsun. Qəlbi Allah sevgili, ürəyi mərhəmətlə döyünən həkim sözlərimi xalq şairi Məmməd Arazın sözlərinə yazılmış Dahi Şəxsiyyət Heydər Əliyevin çox sevdiyi bir musiqinin sözləri ilə bitirirəm.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya mənim, dünya sənin, dünya heç kimin.


Nail Amin Zaman

“XezerTV.info”-nun icraçı direktoru