Menu
Xəbər Lenti
06 Şub 17:50Manşet / Hadisə

Sumqayıtda COVID-19 əleyhinə 524 min 558 vaksin vurulub

 Sumqayıtda COVID-19 əleyhinə 524 min 558 vaksin vurulub

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanan gündən indiyədək Sumqayıt şəhərində 524 min 558 vaksin vurulub.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, ötən ilin oktyabr ayından başlayaraq isə 3-cü doza üzrə peyvəndləmə aparılır. Bu günə qədər 83 min 921 nəfər 3-cü (buster) doza vaksin alıb. Hər iki doza peyvənd alan sakinlərin sayı 212 min 810 nəfərdir.

Vaksinasiya üçün şəhərdə daimi 8 tibb məntəqəsi fəaliyyət göstərir. Eyni zamanda, əhalinin sıx olduğu ərazilərdə vaxtaşırı səyyar tibb məntəqələri də xidmət göstərir.